Daşqın 39 nəfərin həyatına son qoydubackend

Daşqın 39 nəfərin həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb. 68 nəfərin itkin düşdüyü bildirilir.

NOCOMMENT.az xəbər verir ki, bundan əvvəl 29 nəfərin öldüyü, 60 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılmışdı.

Təbiət hadisəsi 32 min insanı evsiz qoyub. Ümumilikdə Rio Qrande-du-Sul ştatında 265 bələdiyyə zərər çəkib.

Xatırladaq ki, bazar ertəsindən Braziliyanın cənubunda, Uruqvayla sərhəddə güclü yağışlar başlayıb.