Daşqın nəticəsində ölənlərin sayı 21-ə yüksəlibbackend

Daşqın nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.

NOCOMMENT xəbər verir ki, Cənubi Afrikada həftənin əvvəlindən bəri yağan leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 21-ə yüksəlib.

Yağış dayandıqdan sonra selin yaratdığı dağıntılarda itmiş insanların axtarışı üçün 60 nəfərlik qrup və 12 axtarış-xilasetmə iti ayrılıb.

Humanitar yardım təşkilatları ehtiyacı olan ailələrə çatmaq üçün öz qruplarını bölgəyə göndərib.