Dedi, mən İmam Mehdiyəm, sevincimin həddi-hüdudu olmadı…backend

Dedi, mən İmam Mehdiyəm, sevincimin həddi-hüdudu olmadı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Faiq Abdullayev ifadə verib.

Zərərçəkmiş bildirib ki, özünü “12-ci İmam Mehdi” kimi təqdim edən Aqil Babayevə hər ay 200 manat zəkat puli verib. Təqsirləndirilən şəxslə 2004-cü ildə dostu Daşqın vasitəsilə tanış olub: “Rusiyada və Çində bizneslə məşğul olurdum. Hər il həm ailəmə, həm dostlarıma baş çəkirdim”.

Zərərçəkmiş qeyd edib ki, sonradan namaz qılıb, Allaha ibadət edib: “Dost-tanışla danışanda mənə dedilər ki, gedək məsciddə birgə namaz qılaq, həm də səni yaxın bir qardaşla tanış edəcəyik. Namazımızı qılandan sonra hamımız yığışdıq. Yanımızda olan Aqilin kim olduğunu bilmədim və dostlarım da mənə onun haqqında heç nə demədilər.

Aqil dostlarımdan soruşdu ki, bu qardaş kimdir? Uşaqlar da dedilər ki, xaricdə yaşayır, bizneslə məşğuldur, indi müvəqqəti olaraq valideynlərinə baş çəkməyə gəlib, gedəcək. Sonra mənlə təklikdə söhbət etdi. Mənə söylədi ki, get xaricdəki işlərini həll et, sonra burada işlərini qur. Mənə sakitcə sual verdi ki, sən bilirsən mən kiməm? Dedim, yox, sizi tanımıram. Mən sənə deyəcəm, mən kiməm, amma bu bizim aramızda sirr qalsın. Dedi ki, mən 12-ci İmam Mehdiyəm. Həmin anda sevincimin həddi-hüdudu olmadı. Bundan sonra xaricdəki işlərimi yoluna qoyaraq Azərbaycanda iş qurmağa gəldim”.

Zərərçəkmişin sözlərinə görə, o, Bakıxanovda 26 mənzilli bina tikib: “Aqil mənə dedi ki, həmin mənzilləri Daşqının adına keçir. Çünki sən bu işdə xeyir görməyəcəksən. Mən də onun sözünü yerə salmayaraq evləri Daşqının adına keçirdim. Beləliklə, mənə 326 min 500 manat ziyan dəydi. Mən Quranı kifayət qədər yaxşı bilirəm. Ona hər ay 200 manat zəkat verirdim. Zəkat verməyimdə məqsəd günahlarımın onun vasitəsilə bağışlanılması idi. Hətta evimi 55 min manata sataraq Aqilə verdim. O da 50 mini özünə götürdü, 5 min manatı mənə qaytardı”.

Aqil Babayev zərərçəkmişin sözləri ilə razılaşmadığını deyib. Qeyd edib ki, əksinə, zərərçəkmişin özü ona borcludur: “Mənə dedi ki, ev tikirəm, yarımçıq qalıb, köməyə ehtiyacım var. Məndən 240 min manat istədi, mən də verdim. Onun mənə borcu var”.

Növbəti proses dekabrın 27-də davam edəcək.