Hazırda dünyanın diqqəti 50 milyon əhalisi olan Sudan Federativ Respublikasına yönəlib.
Afrikanın ərazisinə görə üçüncü ən böyük ölkəsi hesab edilən Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
NOCOMMENT.az xəbər verir ki, bütöv respublikada uzun müddət yaşamaq xöşbəxtliyinə 1983-cü ildə nöqtə qoyulub. Çünki ölkədəki müsəlmanlarla xiristianlar arasında əvvəl iğtişaş və qarşıdurmalar, sonra isə vətəndaş müharibəsi Sudanlıları iki hissəyə bölüb. Sudanın şimal hissəsi müsəlmanlara, cənub hissəsi isə xristianlara verilib. 22 illik müharibə həm xristian , həm müsəlman sudanlıların aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarından qırılmasını “təmin edib”. Yəni 1983-2005 -ci illər arasında 2 milyondan çox insan həlak oldu, Şimaldan cənuba, cənubdan şimala qaçanların (qaçqınlar) sayı isə 4 milyonu keçdi.
1955-ci ildən 1972-ci illərdə Sudanda Birinci Sudan Vətəndaş Müharibəsi baş vermişdi deyə, 1983-2005 -ci illər arasında olan vərəndaş müharibəsinə “İkinci Sudan Vətəndaş Müharibəsi” deyilirdi.

Maraqlı olan odur ki, şimal ilə cənubun 22 ilik müharibəsində ABŞ höküməti hər iki tərəfi dəstəklədi. Müharibədən də sonra ABŞ hər iki tərəfə hərtərəfli dəstəyini, o cümlədən hərbi dəstəyini davam etdirir.
Çünki, bəli, Sudan neft ölkəsidir. O, illərdə – 2006-2007-ci illərdə Sudanın gündəlik hasilatı ən pik həddə, 476 min barelə çatmışdı. Lakin 2011-ci ildə Cənubi Sudanın ayrılması və ölkənin məhsuldar yataqlarının dörddə üçünün Cənubi Sudana keçməsi hasilatın düşməsinə səbəb oldu. O vaxtdan gündəlik hasilat 77 min barel civarındadır.

ABŞ-ın hər iki tərəfə dəstəyinin səbəbi isə belədir:Sudan nefti cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salır.
Üçüncü Vətəndaş Sudan Vətəndaş Müharibəsi
Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin olub. Beləki, Sudanda 2023-cü ilin 15 aprelindən Suveren Şuranın (müvəqqəti idarəetmə orqanı) sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən başlayan silalı qarşıdurma Üçüncü Sudan Vətəndaş Müharibəsinin təməlini qoyub. Daha dəqiq, Sudanda milli ordu ilə Sürətli Dəstək Qüvvələri (RSF- yəni, xüsusi təyinatlılar) arasında şiddətli vətəndaş müharibəsi davam edir. RSF -nin müsəlmanların kompakt yaşadığı Əl-Faşer şəhərinin yaxınlığındakı Zəmzəm köçkün düşərgəsinə təşkil etdiyi genişmiqyaslı hücum nəticəsində yüzlərlə insan həyatını itirmiş, yüz minlərlə şəxs isə şəhərə qaçmaq məcburiyyətində qalmışdı.
Hələ avqust ayında Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, Sudanın Şimali Darfur əyalətinin mühasirədə olan paytaxtı Əl-Faşer şəhərində minlərlə insan aclıq təhlükəsi ilə üzləşib.

İyun ayının hesabatında Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat verib ki, aprelin ortalarında başlayan silahlı toqquşmalardan indiyədək 3 000-dən çox insan ölüb, azı 6 000 nəfər yaralanıb”
Aprelin 19-da Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Polşa, Cənubi Koreya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya, ABŞ və Avropa ölkələrinin Sudandakı diplomatik nümayəndəlikləri, tərəfləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə çağıran birgə bəyanat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan generallar Burhan və Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı keçirib, hər iki tərəfi münaqişəni dayandırmağa və danışıqlara qayıtmağa çağırıb.
Hazırda tərəflər arasında atəşkəs yoxdur.
Əntiqə Rəşid













