Dəm qazı ölümə səbəb oldu – VİDEObackend

Dəm qazı ölümə səbəb oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı ölüm faktı qeydə alınıb.

NOCOMMENT.az Sumqayit24.az-a istinadən xəbər verir ki, Kimyaçılar qəsəbəsində yaşayan, 67 yaşlı Abbasəli Bağırov yaşadığı mənzilin hamamında həyatını itirib.

Məlumata görə, yaxınları onun meyitini hamam otağında aşkarlayıb.

Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Əraziyə cəlb olunan müvafiq qurumların əməkdaşları tərəfindən ilkin araşdırma aparılıb, meyit ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.