Demarkasiya xəttinə yenidən baxılmayacaq – Simonyanbackend

Demarkasiya xəttinə yenidən baxılmayacaq – Simonyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O vurğulayıb ki, Kirants (Qızılhacılı – red.) kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq.

Spikerin sözlərinə görə, proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 9-cu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb. /yenisabah.az