Dəniz və Liman Agentliyindən daha bir iri tender – 179 min manatlıq avadanlıq müqaviləsibackend

Dəniz və Liman Agentliyindən daha bir iri tender – 179 min manatlıq avadanlıq müqaviləsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət Dəniz və Liman Agentliyi” Publik Hüquqi Şəxsi mətbəə avadanlıqlarının satın alınması üzrə keçirilən tenderdə “MAX” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,  tərəflər arasında 179 385,96 AZN dəyərində müqavilə bağlanması gözlənilir.

Müqaviləyə əsasən tədarük ediləcək avadanlıqlar və materiallar aşağıdakılardır: rəqəmsal tamrənqli çap avadanlığı (back up) finişerlə, rəqəmsal tamrənqli çap avadanlığı üçün sarı, qırmızı, mavi və qara kartriclər, drum (baraban), tam elektrikli gilyotin kağız kəsən, ehtiyat bıçaq, marzan, rəqəmsal monoxrom və duplikator üçün master film və digər zəruri aksesuarlar.

Şirkətin qanuni təmsilçisi Anar Abasov Alik oğludur.

Xatırladaq ki, Əfqan Süleyman oğlu Cəlilov İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.