Deputat Nazirlər Kabinetini altıncı uşağa görə tənqid etdibackend

Deputat Nazirlər Kabinetini altıncı uşağa görə tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qanun qəbul etmişik ki, altıncı uşağı olan valideynlərə müavinət verilsin. Amma Nazirlər Kabineti qərar verir ki, həmin uşağın 1 yaşı olandan sonra müavinət kəsilə bilər”.

NOCOMMENT-in məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

“Sən o müavinəti ver ki, uşaq 1 yaşına qədər sağ qalsın. Bəs biz qanunları niyə qəbul edirik?”, – deyə o bildirib.

Millət vəkili qeyd edib ki, pensiya yaşı, qanunsuz şəkildə cərimələrin yığılması halları da mövcuddur.

“Problemləri yarımçıq saxlamaq olmaz. Problemlər yarımçıq qaldıqca, Qarabağda da işlər yarımçıq olacaq”, – deyə Fazil Mustafa əlavə edib./oxu.az