Deputat “Pişik Günel”ə ev verib? – “Şəxsi həyatımla bağlı heç nə danışmaq istəmirəm”backend

Deputat “Pişik Günel”ə ev verib? – “Şəxsi həyatımla bağlı heç nə danışmaq istəmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev müğənni Günel Ələkbərovaya, məşhur “Pişik” ləqəbi ilə tanınan sənətçiyə hədiyyə etdiyi evlə gündəmə gəlib.

Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edildiyi iddia olunur. Bildirilib ki, bu addım müğənninin sənətinə hörmət əlaməti olaraq atılıb.

NOCOMMENT.az xəbər verir ki, Günel Ələkbərova “Yeni Sabah”a açıqlamasında deyib ki, artıq şəxsi həyatı ilə bağlı danışmaq istəmir:

“Bayaq televiziyaların birində canlı yayımda idim. Orada da dedilər, xəbərim oldu. İllər öncə də haqqımda belə xəbərlər yaymışdılar. Artıq şəxsi həyatımla bağlı heç nə danışmaq istəmirəm” .