DGK generalının Praqada hotelləri üzə çıxdıbackend

DGK generalının Praqada hotelləri üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir.

NOCOMMENT xəbər verir ki, axar.az-a daxil olan məlumata görə, İ.Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.

Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.

Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassası” olub.