DGK sədri: Rüsum nə qədər artırılsa da, köhnə nəqliyyat vasitələri…backend

DGK sədri: Rüsum nə qədər artırılsa da, köhnə nəqliyyat vasitələri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanda idxal olunan nəqliyyat vasitələri ilə bağlı deyə bilərəm ki, rüsumları nə qədər artırasaq da, alıcılıq qabiliyyətində köhnə nəqliyyat vasitələrinin idxalına üstünlük verilir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gətirilən nəqliyyat vasitələrinin idxalı zamanı yeni nəqliyyat vasitələrinin insanların sağlamlığına təsiri müzakirə olunur: “Avtomobil parkının son 10 ildə yenilənməsi üçün prosesi nəzərə alırıq. Bütün ölkələrdə qaçaqmalçılıqla bağlı rəqəmlər 22 faiz təşkil edir.

Son dövrlər pandemiya ilə əlaqədar fiziki şəxslərin gediş-gəlişi məhdudlaşdırıldığı üçün 2020-ci ildə ölkəyə 1,5-2 faiz həcmində qaçaqmalçılıq yolu ilə siqaretin gətirilməsi şansı var. Bu il həm yerli istehsal, həm də idxal tərkibli siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə nəzarət üçün işlər aparılır”.