Die Zeit: Rusiya və Ukrayna arasında açıq olmayan danışıqlar aparılırbackend

Die Zeit: Rusiya və Ukrayna arasında açıq olmayan danışıqlar aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukraynanın mümkün qarşılıqlı güzəştlərin sərhədlərini müəyyən etmək üçün qeyri-ictimai danışıqlar apardığı iddia edilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Die Zeit” portalı məlumat yayıb.

Nəşr yazır ki, guya tərəflər siyasi məsləhətçilər səviyyəsində konfidensial danışıqlar aparırlar. Danışıqlar zamanı enerji infrastrukturuna hücumlardan çəkinmək, eləcə də əsirlərin dəyişdirilməsi, uşaqların qaytarılması və taxıl müqaviləsinin şərtləri ilə bağlı müzakirələr aparıldığı bildirilir.

“Die Zeit” iddia edir ki, tərəflərin nümayəndələri arasında görüşlər artıq Kopenhagen, Kiyev, Davos, Ciddə və başqa yerlərdə keçirilib. Nəşrin məlumatına görə, danışıqlarda həm G7 ölkələri, həm də Çin iştirak edib.

Məqalə müəllifləri əminliklərini ifadə ediblər ki, hazırda məsələ Rusiya və Ukrayna arasında sülh danışıqlarını gözləmək deyil, “nə vaxt və necə baş tutacaq”dır.