DİM: Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb – RƏSMİbackend

DİM: Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb.

NOCOMMENT.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər.

Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Xatırladaq ki, DİM bundan öncə ixtisas seçiminin bu gün – 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı. / APA