DİM avqustun 27-də keçirilən imtahan nəticələrini açıqladıbackend

DİM avqustun 27-də keçirilən imtahan nəticələrini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 avqust 2020-ci il tarixində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin birinci Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib.

DİM-dən NOCOMMENT.az -a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 19:15-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Abituriyentlər “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə edib nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmiş şəxslər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.