Din xadimlərinin müsahibəsi başa çatdı – NƏTİCƏLƏRbackend

Din xadimlərinin müsahibəsi başa çatdı – NƏTİCƏLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibə başa çatıb.

Qurumdan NOCOMMENT.az-a verilən məlumata görə, 24 may 2022-ci il tarixində elan edilmiş müsahibəyə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

2 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə 251 nəfər iştirak edib. Onlardan 133 nəfər müsahibədən uğurla keçib, 118 nəfər isə müsahibədən keçid balını toplaya bilməyib. 19 nəfər müxtəlif səbəblərdən müsahibədə iştirak etməyib.