DİQQƏT: Azercell cərimələndi – Radioaktiv şüalanma normadan artıq olubbackend

DİQQƏT: Azercell cərimələndi – Radioaktiv şüalanma normadan artıq olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell Telecom” MMC inzibati qaydada 10 min manat cərimə edilib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, şirkət ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsi “Azercell Telecom”u İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə təqsirli bilərək, 10 000 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.