“Azercell” “akart” üzrə kəşbək faizlərini kəskin endirirbackend

“Azercell” “akart” üzrə kəşbək faizlərini kəskin endirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell”in rəqəmsal kartı olan “akart” kəşbək faizlərini endirib.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, supermarket, yanacaqdoldurma məntəqələri, aptek, avtomobil ehtiyat hissələri mağazaları üzrə keşbək faizi 2 dəfədən çox azaldılaraq 5%-dən 2%-ə endirilir. Bu qayda fevralın 9-dan qüvvəyə minəcək.

Qeyd edək ki, rəqəmsal kart “PAŞA Bank”, “Visa” və “AzInTelecom” ilə birgə əməkdaşlıqda həyata keçirilir. PAŞA Bank, eyni zamanda rəqəmsal kartın emitenti qismində çıxış edir.