“Dönərxanalarla bağlı mövcud durum nəzarət mexanizminin zəif olmasının nəticəsidir”backend

“Dönərxanalarla bağlı mövcud durum nəzarət mexanizminin zəif olmasının nəticəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dönərxanalarda istifadə edilən ət məhsulundan zəhərlənmə halları təəssüf ki, azalmır. Dönərdən zəhərlənmə halları tez-tez baş verir. Dünən Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Nəticədə 10 nəfər dönərdən zəhərlənib. Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Yaranmış vəziyyət dönərxanalara nəzarətin zəif olduğunu göstərir. Nəticədə də onun acısını insanlar çəkir.

NOCOMMENT.az xəbər verir ki, Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert İlqar Hüseynlinin fikrincə, dönərxanalarla bağlı acınacaqlı vəziyyətin davam etməsi onların fəaliyyətinə nəzarətin zəif olmasından qaynaqlanır:

“Belə vəziyyətin davam etməsi bir neçə səbəblə bağlıdır. Bir məqam odur ki, insanlar adətən aldıqları və istifadə etdikləri məhsulların düzgün pasterizasiya qaydalarına əməl etmir. Hər bir rayonun müvafiq baytarlıq idarəsi var. Onlar ətin laborator müayinələrini edəndən sonra istehlaka icazə verməlidirlər. Lakin təəssüf ki, bunlara əməl olunmur. Digər tərəfdən, Qida Təhlükəsizliyi Agentliyinin yerli əməkdaşları prosesə ciddi nəzarət mexanizmi qura bilmir. Eyni zamanda, dönərxanalarda istifadə olunan avadanlıqlar vaxtında texniki baxışdan keçirilmir. Bütövlükdə dönərxanalarla bağlı mövcud durum nəzarət mexanizminin zəif olmasının nəticəsidir”.