Dövlət başçılarının görüşündə sürprizlər ola bilər – Qabil Hüseynlibackend

Dövlət başçılarının görüşündə sürprizlər ola bilər – Qabil Hüseynli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.

Rusiya mətbuatı məlumat yayıb ki, birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.

NOCOMMENT.az xəbər verir ki, məsələni Bakupost-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, ilk növbədə vaxtın seçilməsi məsələsində bir az uyğunsuzluq var:

“Çünki noyabrın 9-u və 10-da Azərbaycanda “Zəfər” bayramı günləridir. Prezident İlham Əliyevin Zəfər gününün təntənəli şəkildə qeyd etmək üçün burada olması çox yaxşı olardı. Burada əsas qərar əlbəttə ki, Prezidentə məxsusdur.

 

Moskvada da müzakirə edilən məsələlər də önəmli ola bilər. Yaxud orada qəbul edilən qərarlar sevindirici olsa, bəlkə “Zəfər” bayramına daha da təntənə qatacaq. Bunu gözləyək və görək”.

Politoloq vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbənin bir illiyi çox təmtəraqlı və yaddaqalan olmalıdır:

Əvvəl Rusiya mətbuatında xəbər verildi ki, ayın 9-da Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanın Moskovada görüşü keçiriləcək. Orada qeyd olunurdu ki, mühüm sənədlərin imzalanması nəzərdə tutulur. Amma sonra təkzib olundu ki, tarix məsələsi düz deyilməyib.

Hər halda, mənim zənnimcə noyabrın 9-da bir il bundan əvvəl Moskvada Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Həmin bəyanatda müharibənin dayandırılması, ərazilərimizdən erməni qoşunlarının çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələləri idi. Artıq bir il keçibdir. Yəqin ki, bu bir ildə görülən işlər barədə hesabatlar nəzərdən keçiriləcək”.

Politoloq qeyd edib ki, son dövrlərdə diqqətçəkən müəyyən razılaşmalar əldə edilir:

“Söhbət baş nazirlər səviyyəsində kommunikasiya xətlərinin açılmasına dair, əldə edilmiş razılaşmadır. Bu razılaşmaya həmçinin Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana yolun açılması ilə bağlıdır. Bu həm dəmiryolu, həm də şose yolu olacaqdır. Üstəlik Ermənistana gedən bütün kommunikasiya vasitələri açılır. Məsələn, Bakı-Qazax-Naxçıvan dəmiryolu xətti işə salınacaq, Zəngəzur dəhlizi açılandan sonra Sovet dövründə olduğu kimi İrəvana dəmiryolu xətti bərpa edilməsi gözlənilir. İndi Bərdə-Ağdam dəmiryolu tikintisi başa çatdırılmalıdır. Həmin dəmiryolu xəttinin Xankəndinə uzadılması da gündəmdə dayanan əsas məsələdir. Bu məsələlərin müsbət həll edilməsi real görünür. Bir qədər sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri uzun zaman ala bilər”.