Dövlət Komitəsinin şöbə müdiri işdən çıxıbbackend

Dövlət Komitəsinin şöbə müdiri işdən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 4-cü Ərazi şöbəsinin müdiri (Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsi) Anar Rəsulov işdən çıxıb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, o öz ərizəsi əsasında vəzifədən azad olunub.

A.Rəsulov Xarici İşlər Nazirliyində (XİN) diplomatik fəaliyyətə başlayıb və Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifəyə təyin olunub. O artıq Tbilisiyə gedib və vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edillib. F.Quliyev səfir təyin olunana qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb.