Dövlət Məşğulluq Agentliyi Fazil Mustafaya cavab verdibackend

Dövlət Məşğulluq Agentliyi Fazil Mustafaya cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisin deputatı Fazil Mustafanın özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərlə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir”.

NOCOMMENT.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyindən (DMA) Milli Məclisin deputatı Fazil Mustafanın açıqlamasına cavab olaraq bildirilib.

“İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən Özünüməşğulluq proqramı Azərbaycan praktikasında özünü doğruldan ən uğurlu məşğulluq layihələrindən biridir. Belə ki, proqramın icrasına başlanıldıqdan indiyədək  bu proqram çərçivəsində 70 minədək kiçik ailə təsərrüfatı yaradılıb. Təkcə bu il, təxminən 16 min vətəndaşa özünüməşğulluq proqramı üzrə aktivlər verilib. Onun bir hissəsi məhz heyvandarlıq istiqaməti üzrə olan zərflərdir.

Həssas qruplardan olan şəxslərin rifahına təsir edən bu cür genişmiqyaslı işlərə, sosial şəbəkələrdə yayılan bir neçə dəqiqləşdirilməmiş görüntülərlə kölgə salmaq olmaz. Milli Məclisin deputatı hörmətli Fazil Mustafanın fikirlərinə cavab olaraq bildiririk ki, özünüməşğulluq proqramının icrası, o cümlədən vətəndaşlara aktivlərin verilməsi prosesi tamamilə şəffaf qaydada həyata keçirilir.

Həmçinin kənd təsərrüfatı zərfi üzrə vətəndaşlara təqdim edilən aktivlərin sağlamlıqları müvafiq baytar rəyi ilə təsdiqlənir. Vətəndaşlar aktivləri özləri seçir və təhvil alırlar. Yalnız bu proses tamamlandıqdan sonra paylanışı həyata keçirən şirkətə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənişlər edilir.

Şəffaflığı təmin etmək üçün bütün bunlarla bağlı məlumatlar isə e-sosial.az saytında yerləşdirilir və bütün vətəndaşlar üçün əlçatandır” – məlumatda qeyd olunub.