Məşğulluq Agentliyinin ən yüksək maaşla iş təklif etdiyi rayonlar – SİYAHIbackend

Məşğulluq Agentliyinin ən yüksək maaşla iş təklif etdiyi rayonlar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Məşğulluq Agentliyinin (DMA) 2023-cü ilin sentyabrın 27-dən cari ilin fevral ayının 21-nə qədər təqdim etdiyi vakansiyaların böyük əksəriyyəti regionları əhatə edir.

NOCOMMENT.az Bizim.Media-ya istinadən xəbər verir ki,DMA tərəfindən müxtəlif vəzifələr üzrə ümumilikdə 45 vakansiya elan olunub.

Bu vakansiyalarda aylıq əməkhaqları 400 – 2000 manat arasında dəyişir və böyük əksəriyyəti özəl müəssisələrə aiddir.

Qeyd edək ki, ən az maaşa (345-600 AZN) malik olan vakansiyalar Hacıqabul (345 AZN), Qəbələ (400 AZN), Abşeron (400-450 AZN), Gəncə (400-600 AZN), İmişli (400-600 AZN), Mingəçevir (422 AZN) və Balakən (400-600 AZN) şəhərlərindədir.

Orta aylıq əmək haqqına (500-1000 AZN) sahib cccccGəncə (600-1000 AZN), Xırdalan (500-800 AZN), Sumqayıt şəhərlərində (500-900 AZN), eləcə də Şəki (550 manat), Beyləqan (500-600 AZN), Neftçala (550-650 AZN), Zaqatala (500-700 AZN), Şəmkir (500-800 AZN), Şirvan (500-800 AZN), Qazax (538–1000 AZN), Oğuz (500-1000 AZN), Qusar (500-1000 AZN), Abşeron (650-1000 AZN), Sabirabad (600-700 AZN), Qəbələ (700-1000 AZN), Quba (850-950 AZN), Ağdaş (879 AZN), Ağsu (888 AZN) və Xaçmaz (800-1000 AZN) rayonlarındadır.

Ən yüksək əmək haqqına (1100-2000 AZN) sahib vəzifələr isə Hacıqabul (1400-1600 AZN), Qusar (1200 AZN), Ağdam (1000-1500 AZN), Abşeron (1150-1500 AZN) rayonlarında, eləcə də Sumqayıt (1500 AZN) və Mingəçevir (1900 – 2000 AZN) şəhərlərindədir.

Təklif olunan vəzifələr aşağıdakılardır:

– Texnik (Abşeron / 400-450 manat);

– Tır sürücüsü (Abşeron / 650 – 1000 manat);

– Satış üzrə mütəxəssis (Abşeron / 841 manat);

– Elektrik ustası (Abşeron / 950 – 1150 manat);

– İnsan resursları üzrə mütəxəssis (Abşeron / 1300-1500 manat);

– Gözətçi (Sumqayıt / 500- 900 manat);

– Təchizat şöbəsinin rəhbəri (Sumqayıt / 500 – 1500 manat);

– İstehsalat üzrə menecer (Sumqayıt / 800 manat);

– Anbardar (Sumqayıt / 800 manat / Baku Steel Company QSC);

– Satınalma üzrə mütəxəssis (Gəncə / 400-600 manat);

– Əməyin mühafizəsi üzrə mütəxəssis (Gəncə / 500-600 manat);

– Satışlar və müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Gəncə / 600-800 manat);

– İnşaat mühəndisi (Gəncə / 800 – 1000 manat);

– Satıcı (Qusar / 500 manat);

– Baş aşbazın köməkçisi (Qusar / 800 – 1000 manat);

– Baş aşbaz (Qusar / 1000 – 1200 manat);

– İstehsalat şöbəsinin operatoru (Oğuz / 500 – 700 manat;

– Baş məşqçi (Oğuz / 500 – 900 manat);

– Növbə rəisi (Oğuz / 600 – 1000 manat);

– Anbardar (Xırdalan / 500 – 700 manat);

– Supervayzer (Xırdalan / 750-800 manat);

– Böyük elmi işçi (Qazax / 538 manat / “Orta əsr Ağsu şəhəri” DTMQ);

– Dağ-mədən mütəxəssisi (Qazax / 800 – 1000 manat);

– Mühəndis proqramlaşdırıcısı (Mingəçevir / 422 manat);

– Boya işləri üzrə iş icraçısı (Mingəçevir / 1900-2000 manat);

– Marketinq mütəxəssisi (Xaçmaz / 800-1000 manat);

– Təsərrüfat şöbəsinin meneceri (Xaçmaz / 800–1500 manat);

– Elektromontajçı (Qəbələ / 400 manat);

– İxracat və logistika üzrə menecer (Qəbələ / 700 – 1000 manat);

Digər rayonlar isə əmək haqqı vəziyyətinə görə aşağıdakı kimi sıralanıb:

– Aşbaz (Hacıqabul / 345 manat);

– Elektrik ustası (İmişli / 400 – 600 manat);

– Kassir (Balakən / 400-600 manat);

– Anbardar (Beyləqan / 500-600 manat);

– Regional nümayəndə (Zaqatala / 500-700 manat);

– Xəzinədar (Şirvan / 500-800 manat / Rabitəbank);

– Planlama üzrə mütəxəssis (Şəmkir / 500 – 800 manat);

– Xəzinədar (Şəki / 550 manat);

– Qazmaçı köməkçisi (Neftçala / 550-650 manat);

– Ekspeditorun assistenti (İmişli / 550-650 manat);

– Böyük mühasib (Sabirabad / 600 -700 manat);

– Yük avtomobili sürücüsü (Quba / 850-950 manat);

– Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Ağdaş / 879 manat);

– Mühəndis (Ağsu / 888 manat / Azəriqaz İB);

– Prefabrik dəmir-beton məmulatları direktoru (Ağdam / 1000 – 1500 manat);

– Mühəndis-texnoloq (Hacıqabul / 1400-1600 manat).

Qeyd edək ki, bu vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşa bilər.