Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır.
NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişləri alırlar:
“Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağldır. Bu baxımdan debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür”.