Bir neçə gün əvvəl xəbər vermişdik ki, İran su problemi ilə bağlı böyük çətinliklərlə üz-üzə qalıb.
NOCOMMET.az xəbər verir ki, Quraqlıqla mübarizə aparan İranın paytaxtı Tehranda camaat məscidlərə toplaşaraq yağış duasına çıxıb. Bəziləri göz yaşları içində dua edirdilər.
Quraqlıq İranda böyük böhrana çevrilib .
Yüzlərlə insan paytaxt Tehranın şimalında cəmi iki həftəlik suyu qalan məscidə toplaşaraq yağış duasını edib. Bəziləri dua edərkən göz yaşlarına boğuldu.
Paytaxt Tehran Əlborz dağlarının cənub yamaclarında yerləşir. Adətən ilin bu vaxtında qarla örtülü olan dağın zirvəsi quru qalır. Hətta quraqlıq səbəbindən paytaxtın köçürülməsi də nəzərdən keçirilir.
Xatırladaq ki, rəsmilərin dediyinə görə, İranda son 5 ildə ölkə daxilində yağıntıların miqdarı əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə yaz və yay aylarında yağıntıların demək olar ki, olmaması bənd ehtiyatlarının tükənməsinə səbəb olmuşdur.
Bu, təkcə yerüstü suların deyil, həm də yeraltı suların ehtiyatlarının azalmasına səbəb olub. Rəsmilərin sözlərinə görə, paytaxtı içməli su ilə təmin edən beş böyük bənddən biri tamamilə boşdur, digəri isə tutumunun səkkiz faizindən də azdır.
Əntiqə Rəşid









