DSX yeni təyinatı təkzib etdibackend

DSX yeni təyinatı təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.

NOCOMMENT xəbər verir ki, bunu trend-ə açıqlamasında Xidmətin Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.

Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: “Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir”.