Dumanla bağlı aeroport yolunda endirilən sürət həddi bərpa olunub – YENİLƏNİBbackend

Dumanla bağlı aeroport yolunda endirilən sürət həddi bərpa olunub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.

******
19:35

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu bardədə DİN-in Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb. Xəbərə görə, eyni zamanda bütün məlumat sürət tablolarında “Dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.