Dünən ölən ermənilərin adları açıqlandı: Biri polkovnik-leytenantdırbackend

Dünən ölən ermənilərin adları açıqlandı: Biri polkovnik-leytenantdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 28-də sərhəddə törədilmiş təxribat zamanı Azərbaycan tərəfinin cavab atəşi nəticəsində ölən üç hərbçisinin adını açıqlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, rmənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbçilər polkovnik-leytenant Naapet Markaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır.

“Ermənistan Respublikasının Müdafiə Nazirliyi ağır itki ağrısını bölüşür və hərbçilərin ailə üzvlərinə, qohumlarına başsağlığı verir”, – deyə məlumatda bildirilir.

Məlumata görə, polkovnik-leytenant Naapet Markaryan 32 yaşında olub.