Dünya çempionatı: Azərbaycanın minifutbol millisi yarımfinalda uduzubbackend

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi yarımfinalda uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.

Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.