Dünya çempionatı: Millimiz mundialı medalsız başa vurubbackend

Dünya çempionatı: Millimiz mundialı medalsız başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olub.

Dörd qolun qeydə alındığı bu görüşdə Azərbaycan millisi 1:3 hesabı ilə uduzub.

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu. Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı. Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub – 2:3.