Dünya çempionatında cüdoçumuz qızıl medal qazandıbackend

Dünya çempionatında cüdoçumuz qızıl medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanıb.

NOCOMMENT.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Məhəmməd Məmişova qalib gəlib.

Bu gün, həmçinin, 55 kq-da Mirxaliq İskəndərov bürünc medal uğrunda görüşdə fransalı Adrian Mivovanla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə digər üç cüdoçu medal qazana bilməyib (report).