Dünya Ermənistana bununla bağlı xəbərdarlıq etməlidir – Deputatbackend

Dünya Ermənistana bununla bağlı xəbərdarlıq etməlidir – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu Ermənistanın növbəti təxribatıdır, yalan kampaniyasıdır”.

Bunu NOCOMMENT.aza David Qaltsyanın verdiyi açıqlama barəsində danışarkən millət vəkili Ceyhun Məmmədov deyib deyib.

Millət vəkilinin sözlərinə görə humanitar yüklərin Qarabağa daxil olmasına mane olan Ermənistandır, Qarabağ erməniləridir. “Azərbaycan humanitar yardımın keçməsi üçün bütün addımları atır və bu gün də həmin avtomobil Bərdədə gözləyir. Bu istiqamətdə Azərbaycan tərəfi nə mümkündürsə edir. Təəssüf ki, təxribatı törədən Ermənistan yükün oraya daxil olmasına imkan vermir, amma bunda Azərbaycanı ittiham edir”.

C. Məmmədov bildirib ki, bu Ermənistanın növbəti riyakarlığıdır, Azərbaycanı hədəfə gətirmək üçün başladılmış növbəti yalan kampaniyasıdır. “Təəssüf ki ermənilər son günlər öz məqsədlərinə çatmaq üçün bütün addımları atırlar. Əlbəttə bu qəbuledilməzdir, Azərbaycanın da səbrinin bir hüdudu var. Ermənistan öz siyasətinə baxmalıdır, onu dəyişməlidir. Dünya ictimaiyyəti də Ermənistana bununla bağlı xəbərdarlıq etməlidir ki, Ermənistan belə addımlara, aventuraya, təxribatlara son qoysun və normal münasibətlərin qurulması üçün real addımlar atsın”.