ABŞ-ın Venesuela neftinə ehtiyacı yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ döblət katibi Marko Rubio Venesueladakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.
“Bizə Venesuela nefti lazım deyil. Birləşmiş Ştatların özündə kifayət qədər neft ehtiyatı mövcuddur. Biz Venesuelanın neft sənayesinin ABŞ-ın rəqibləri tərəfindən nəzarətə götürülməsinə imkan verməyəcəyik”, — deyə Rubio bildirib.
O, həmçinin Venesuela neftinə maraq göstərən ölkələrlə bağlı suallar səsləndirib: “Başa düşməlisiniz: Çinə Venesuela nefti nə üçün lazımdır? Rusiyaya nə üçün lazımdır? İrana nə üçün lazımdır? Bu ölkələrin heç biri bu qitədə yerləşmir”, — deyə Marko Rubio vurğulayıb.












