Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.

İyulun 25-də Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.