ABŞ Rusiyanın “kölgə donanması”na məxsus ikinci tankeri ələ keçirib

ABŞ Rusiyanın “kölgə donanması”na məxsus ikinci tankeri ələ keçirib

ABŞ Rusiyanın “kölgə donanması”na daxil olan daha bir tankeri ələ keçirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem “X” hesabında bildirib.

Məlumata görə, “Sofia” tankeri Karib hövzəsi sularında ələ keçirilib.

Nazir bildirib ki, saxlanılan gəmilər — “Bella I” (Marinera) tankeri və “Sofia” tankeri ya sonuncu dəfə Venesuelada olub, ya da ora gedən istiqamətdə hərəkət edib.

“Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz”, – nazir xəbərdarlıq edib.