Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev Ukrayna tərəfi ilə Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumuna (KTК) edilən hücumları müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Ukrayna tərəfi vəziyyətin sabit qalmasının vacibliyini anlayır”, – deyə Koşerbayev bildirib.
Xatırladaq ki, 29 noyabr gecəsi KTК-nin dəniz terminalı pilotsuz katerlərlə hücuma məruz qalıb. Nəticədə uzaqdan idarə olunan yanalma qurğusu (VPU-2) ciddi zədələnib. Qurğunun fəaliyyəti dayandırılıb, neft yüklənməsi müvəqqəti olaraq mümkün deyil.
Aliyə












