Məşhur aktyorun qabırğaları sındı

Məşhur aktyorun qabırğaları sındı

Türkiyənin tanınmış aktyoru və aparıcısı İlker Ayrık ardıcıl yaşadığı sağlamlıq problemləri səbəbindən avqust ayında keçirilməsi planlaşdırılan tamaşalarını təxirə salıb.

NOCOMMENT.az xəbər verir ki, İlker Ayrık bildirib ki, iyulun 23-də öz evində sürüşərək yıxılıb.

Hadisə nəticəsində üç qabırğasından ikisi sınıb, biri isə çatlayıb.

Aktyor sağalma prosesində olarkən sətəlcəmə də tutulduğunu açıqlayıb. O, paylaşımında "Tamaşalara vaxtında qayıdacağımı düşünürdüm, amma sətəlcəm də oldum. Görünür, qabırğalar o qədər də tez sağalmır" sözlərini yazıb.

Səhhətindəki problemlər səbəbindən İlker Ayrık 8 avqustda Bodrumda, 12 avqustda İstanbulda və 13 avqustda Antalyada keçirilməsi planlaşdırılan tamaşalarını təxirə saldığını bildirib. O, pərəstişkarlarından anlayış göstərmələrini xahiş edib və dəstək mesajlarına görə təşəkkürünü ifadə edib./musavat/