Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxanların sayı artaraq 2267 nəfərə çatıb, 893 nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, şənbə gününədək olan rəsmi məlumatlara görə, 24 saat ərzində 86 yeni yoluxma və 29 ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu, tarixdə qeydə alınan üçüncü ən böyük “Ebola” epidemiyasına yoluxmadır və son bir ay ərzində əvvəlki bütün epidemiyalardan daha sürətlə yayılıb.











