Səbuhi Məmmədov ölkəyə gətirildi - RƏSMİ

Səbuhi Məmmədov ölkəyə gətirildi - RƏSMİ

Beynəlxalq axtarışda olan şəxs Serbiya Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda, yəni 90.869.964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səbuhi Məmmədov Serbiyada həbs edilib.

İyulun 19-da Azərbaycana ekstradisiyası həyata keçirilib və S.Məmmədov istintaq təcridaxanasına yerləşdirilib.