ABŞ Prezidenti Donald Tramp "NBC News"a verdiyi müsahibə zamanı əsəbiləşərək yayımı yarımçıq dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, Məlumata görə, Tramp Kaliforniyada keçirilən ilkin seçkilərdə səslərin sayılmasının uzanmasını tənqid edib və yerli hakimiyyəti korrupsiyada ittiham edib. Aparıcı Kristen Welker isə bu iddialarla razılaşmayıb.
Aparıcının reaksiyasına sərt cavab verən Tramp onu qərəzli davranmaqda günahlandırıb. ABŞ Prezidenti bununla yanaşı, "NBC News"la yanaşı digər aparıcı media qurumlarını da qeyri-obyektivlikdə ittiham edib.
Müsahibənin sonunda emosiyalarına hakim ola bilməyən Tramp "Gəlin bitirək, bəsdir. Təşəkkür edirəm" deyərək pencəyindəki mikrofonu çıxarıb yerə atıb və studiyanı tərk edib.











