Deputatlar öz maaşlarını azaltdılar - BU ÖLKƏDƏ

Deputatlar öz maaşlarını azaltdılar - BU ÖLKƏDƏ

Macarıstan parlamenti deputatların gəlirlərinin və imtiyazlarının əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, hakim "Tisa" partiyasının fraksiyası tərəfindən irəli sürülən qanun layihəsi müxalifət tərəfindən də dəstəklənib və parlamentin saytında canlı yayımlanan iclas zamanı yekdilliklə qəbul olunub.

Qanuna əsasən, ötən il üçün adambaşına düşən ÜDM-in payı, habelə tutulan vəzifələr və komitələrdəki fəaliyyət əmsalları nəzərə alınmaqla formalaşan deputat maaşları 40% azaldılır.

Macarıstan mediasının yaydığı məlumata görə, hesablamalar zamanı baza dərəcəsi təxminən 5 min avro təşkil edir.

Bundan əlavə, parlamentarilər bir sıra maliyyə güzəştləri və kompensasiyalardan da imtina ediblər.

Xüsusilə, mobil rabitə və yanacaq üçün ödənişlər ləğv edilib.

Xidməti ezamiyyət xərcləri də ciddi şəkildə ixtisar olunub. Belə ki, mehmanxana maliyyələşməsi 31%, ofis icarəsi 52%, deputat köməkçilərinin əməkhaqqı fondu isə 30% azaldılıb.

Xatırladaq ki, bir qədər əvvəl Macarıstan rəhbərliyi Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına yeni işçi vizalarının verilməsinin dayandırıldığını elan edib./musavat.com/