"Qarabağ"ın oyununda həyəcan yaşadım - Futbol əfsanəsi

"Qarabağ"ın oyununda həyəcan yaşadım - Futbol əfsanəsi

Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkov MOİK-in "Qarabağ" üzərində qələbə qazanaraq UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlməsindən sonra fikirlərini bölüşüb.

NOCOMMENT.az xəbər verir ki, Stoiçkov qarşılaşmanın jurnalistlərə açıqlamasında olduqca gərgin keçdiyini bildirib:

"Çətin oyun oldu. Komanda ilk dəqiqədən qələbə istəyirdi. Bunun üçün daha çox istək və xarakter göstərmək lazım idi. Gərginlik böyük idi, amma bu, kubok matçıdır və son fitədək mübarizə aparmalısan. Həm onların, həm də bizim qol imkanlarımız oldu. Penaltilər də futbolun bir hissəsidir".

Stoiçkov etiraf edib ki, uzun müddətdən sonra bu qədər həyəcan yaşayıb:

"Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim".

O, futbolçuları qələbə münasibətilə təbrik etdiyini də vurğulayıb:

"Uşaqlara uğurlar arzuladım. Bu oyun artıq geridə qaldı". Qol.az