Filipp Kirkorov axtarışa verildi

Filipp Kirkorov axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Xalq artisti Filipp Kirkorovu axtarışa verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun şəxsi məlumatlarının müvafiq axtarış bazasına daxil edilməsindən məlum olub.

SBU-nun iddiasına görə, Kirkorov Kiyevin “müvəqqəti işğal olunmuş ərazilər” hesab etdiyi bölgələrə giriş-çıxış qaydalarını pozub. Bu isə Ukraynanın milli maraqlarına zərər vurmaq kimi qiymətləndirilir və artistə qiyabi ittiham irəli sürülüb.

Rəsmi bazaya əsasən, Kirkorovla bağlı axtarış məlumatları 30 oktyabr tarixində sistemə daxil edilib. İfaçının və ya nümayəndələrinin məsələ ilə bağlı rəsmi şərhi hələlik verilməyib.