Çinin şimal-qərb regionunda güclü yeraltı təkanlar baş verib. Hadisə nəticəsində ətraf rayonlarda ciddi həyəcan yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, təbii fəlakət ölkənin Tsinxay (Qinghai) bölgəsində qeydə alınıb. Çin Seysmoloji Şəbəkələr Mərkəzinin yaydığı rəsmi məlumata əsasən, zəlzələnin gücü 6.3 maqnituda təşkil edib.
Seysmoloqlar qeyd edirlər ki, yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələnin kifayət qədər güclü olmasına baxmayaraq, hadisə nəticəsində qeydə alınan hər hansı itki, xəsarət alma və ya dağıntı barədə rəsmi qurumlara hələlik məlumat daxil olmayıb. Hazırda fəlakət zonasında daxili təhlükəsizlik və xilasedici qruplar tərəfindən monitorinqlər aparılır.
Sara,
NOCOMMENT.az











