Türkiyənin cənub bölgəsində növbəti yeraltı təkanlar qeydə alınıb. Bu barədə ölkənin aidiyyəti rəsmi qurumları təcili məlumat yayıblar.
NOCOMMENT.az xəbər verir ki, ölkənin Osmaniye vilayətinin Sumbas rayonu ərazisində 4,2 bal gücündə zəlzələ baş verib.
Türkiyə daxili işlər nazirliyinə bağlı Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı rəsmi açıqlamada bildirilir ki, yeraltı təkanların ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Zəlzələ Sumbas rayonu ilə yanaşı, ətraf yaşayış məntəqələrində və qonşu vilayətlərdə də hiss olunub.
İlkin monitorinqlərin nəticələrinə əsasən, baş verən yeraltı təkanlar zamanı hər hansı ciddi dağıntı qeydə alınmayıb, insan tələfatı və ya yaralanma faktı ilə bağlı aidiyyəti qurumlara heç bir müraciət daxil olmayıb. Hazırda AFAD və yerli xilasetmə qrupları tərəfindən ərazidə vəziyyətin tam qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.
Sara












