Asim Xudiyev bu oyuna təyinat aldı

Asim Xudiyev bu oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

A.Xudiyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Jelezniçar" (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.