Gürcüstan Şengen zonasına vizasız giriş hüququnu tamamilə itirə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının 19 dekabrda dərc olunan viza liberallaşdırılmasının dayandırılması ilə bağlı illik hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Gürcüstanda fundamental hüquq və azadlıqların, xüsusən də ayrı-seçkiliyin qadağan olunması prinsipinin pozulması Avropa Komissiyasında ciddi narahatlıq doğurur.
Komissiya Gürcüstan hakimiyyətini bu problemləri dərhal həll etməyə və irəli sürülən tövsiyələri yerinə yetirməyə dəfələrlə çağırsa da, ölkə viza liberallaşdırılması dialoqu çərçivəsində götürdüyü bir sıra öhdəlikləri pozub və yeddinci hesabatda yer alan tövsiyələri yerinə yetirməyib.
Ən pis halda, Gürcüstan viza liberallaşdırılması rejimini tamamilə itirə və Avropa İttifaqına daxil olmaq üçün vətəndaşlarından viza tələb olunan ölkələr siyahısına daxil edilə bilər.












