Gürcüstanda otel işçisi qadın turisti DÖYDÜ - Dəhşətli kadrlar yayıldı

Gürcüstanda otel işçisi qadın turisti DÖYDÜ - Dəhşətli kadrlar yayıldı

Gürcüstanın Telavi şəhərində rus dilində danışdığı üçün qıza hücum edərək burnunu sındıran Gürcüstan vətəndaşı Georgi Çiqladze məhkəmə zalından 5000 lari girov müqabilində azadlığa buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, "SHOT"un məlumatına görə, bu qərar Tbilisidə Çiqladzeni dəstəkləyən, Rusiya və rusların ünvanına təhqiramiz şüarların səsləndirildiyi yürüşdən sonra qəbul olunub.

Çiqladzenin vəkili Lali Aptsiauri məhkəmədə rusiyalı qızın hücum edən şəxsi təhrik etdiyini iddia edib. İstintaq başa çatanadək zərərçəkənə və rəfiqəsinə Gürcüstanı tərk etmək qadağan olunub. Georgi Çiqladze isə məhkəmədə "əməlindən təəssüf etdiyini" və "hər şeyin belə bitməsini istəmədiyini" bildirib.

Xatırladaq ki, hadisə Telavi şəhərindəki "Agarani Estate" hotelinin banket zalında qardaşının toyunda olan 30 yaşlı Georgi Çiqladzenin iki rusiyalı qızla rus dilində danışdıqları üçün mübahisə etməsi nəticəsində baş verib. "Siz toyu pozursunuz və rusca danışarsınız!" – deyə Georgi qızlara bildirib. Daha sonra Çiqladze qızların otağına soxularaq onlardan biri – Yuliyanı döyüb. Zərərçəkən burun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Çiqladze saxlanılıb və ona qarşı qəsdən yüngül sağlamlıq zərrə vurulması maddəsi ilə cinayət işi açılıb. Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən, Georgini beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Bununla belə, müdafiə tərəfi münaqişənin rus dilinə görə deyil, banketdə dağıdılmış içki üstündə baş verdiyini iddia edir.