İran rəhbərliyi ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiya siyasətinə qoşulan ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verməyəcəyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.
O bildirib ki, bundan sonra ABŞ-ın nümunəsini izləyərək İrana qarşı sanksiya tətbiq edən dövlətlər sözügedən strateji su yolundan istifadə edərkən mütləq ciddi çətinliklərlə üzləşəcəklər.
Sara,












