Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Asəf Zeynalı adına musiqi kollecinin keçmiş kafedra rəhbəri, Sumqayıt musiqi kollecinin direktoru işləmiş Rasim Quliyev vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun tələbəsi, tanınmış tarzən Humay Qədimova məlumat verib. O, sosial şəbəkə hesabında mərhumla bağlı kədərli paylaşım edərək bunları qeyd edib:
“Çox böyük təəssüf və kədər hissi ilə bildirirəm ki, böyük müəllim, ali şəxsiyyət, əsl ziyalı, qızıl insan, uzun illər Asəf Zeynalı adına musiqi kollecinin XÇA kafedrasına rəhbərlik etmiş, daha sonra Sumqayıt musiqi kollecinin direktoru işləmiş və mənim sənət həyatımda daima işıq saçan, mənəvi valideynim olan Rasim Quliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun”.

Sara,











