İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşı başlatdığı irimiqyaslı raket hücumunun dəhşətli nəticələri və təfərrüatları bəlli olmağa başlayıb. Tehran rəhbərliyi Pentaqona ən ağır zərbələrindən birini vurduğunu elan edib.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti İordaniyadakı ABŞ hərbi bazasına endirilən zərbələrlə bağlı rəsmi bəyanat yayıb. Məlumata görə, İran Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində İordaniyadakı "Əl-Əzraq" hərbi hava bazasında yerləşən 4 strateji obyekt tamamilə darmadağın edilib.
Dağıdılan hədəflər arasında ABŞ-a məxsus 5-ci nəsil "F-35" çoxməqsədli qırıcı təyyarələrinin saxlandığı anqarlar və bazanın əsas komanda-nəzarət mərkəzi (idarəetmə qərargahı) yer alır. SEPAH bəyanatında qeyd edib ki, nöqtəvi raket zərbələri hədəflərə tam dəqiqliklə dəyib və ABŞ-ın regiondakı ən müasir hava infrastrukturuna bərpaedilməz ziyan vurulub. Vaşinqton hələlik hərbi texnika itkiləri və canlı qüvvə tələfatı barədə rəsmi açıqlama verməsə də, hərbi ekspertlər bu hadisəni ABŞ-ın regional hərbi qüdrətinə vurulmuş ən ağır zərbə kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az












